Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97060
az

Məşhur aktyorla bağlı ÜZÜCÜ XƏBƏR: ailəsi ianə toplayır, əməliyyat olunmasa...

23:3326 Oktyabr, 2023
252
DÜNYA
  • A

Məşhur "The Walking Dead" və "House of Cards" seriallarının aktyoru Erik Censenə son mərhələdə kolon xərçəngi diaqnozu qoyulub.

OXU24.COM  xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Cessika Blank "GoFundMe" ianə platformasında məlumat verib.

Blank müraciətində yazıb ki, əsas şişdən başqa ərinin qaraciyərində metastazlar aşkarlanıb. Bununla belə, o, 53 yaşlı Censonun sağalacağına əmindir.

"Erik gənc və güclüdür. Kimyaterapiya zamanı filmdə rol alır, rejissor və ssenarist kimi tam işləyir. Həkimlərin şişi kiçiltmək, onu və metastazları tamamilə çıxarmaq üçün iki çox mürəkkəb əməliyyat keçirmək şansı var", - Blank bildirib.

Censonun yaxınları xəstəliyin dördüncü mərhələsinin "ölüm hökmü" olmadığını, müalicənin böyük xərclər tələb edəcəyini vurğulayıb.

Məluma olub ki, ailə səkkiz gün ərzində ianə toplamaq üçün platformadan istifadə edərək 119 min dollar yığa bilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Depardye sərbəst buraxıldı - YENİLƏNDİ
Məşhur teleaparıcıda xərçəng aşkarlandı - FOTO
Qocalar evində qalan Alen Delon tanınmaz halda - FOTO