Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9702
az

Azərbaycanda ata, ana və oğul dəm qazından boğuldu - İkisi öldü...

23:3706 Fevral, 2019
974
KRİMİNAL
  • A
 Masallı rayonunun Boradigah qəsəbəsində bir ailə dəm qazının qurbanı olub.

Oxu24.com xəbər verir ki, hadisə Nurullayevlər ailəsinin Boradigah qəsəbəsində yerləşən evlərində baş verib.

Belə ki, Bakı şəhərində yaşayan 1964-cü il təvəllüdlü Hənifə Nurullayev, həyat yoldaşı, 1974-cü il təvəllüdlü Elnurə Zülfüqarova və övladları, 1999-cu il təvəllüdlü Əli Nurullayev kənddə olan evlərinə gəliblər. Uzun müddət evdə yaşamadıqları üçün evi isitməkdən ötrü İran istehsalı olan qaz sobası quraşdırıblar. Evin tüstü bacasında quş yuva qurduğundan sobadan çıxan dəm qazı tüstü bacasından çıxmayaraq evə dolub. Nəticədə ailə boğulub.

Ötən gün isə onların kəndə gəlişindən xəbər tutan qohumları günorta saatlarında narahat olaraq onların mobil telefonlarına zəng ediblər. Hər üç şəxsin telefona cavab vermədiyini gördükdə evə gələrək qonşuların köməkliyi ilə eyvandan evə daxil olublar. Daxil olduqda isə artıq Hənifə Nurullayev və Elnurə Zülfüqarovanın dünyalarının dəyişdiklərini, Əli Nurullayevin isə vəziyyətinin ağır olduğunu aşkar ediblər. Dərhal qohumlar Ə. Nurullayevi Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən hazırda 20 yaşlı gəncin vəziyyəti orta-ağırdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi