Oxu24.com xəbər verir ki,“The Washington Post” yazır ki, Rusiya və Ukrayna hərbi əsirlərin və ölən əsgərlərin cəsədlərinin mübadiləsinə razılaşır və Ukraynanın Qara dəniz limanlarından gəmilərin keçməsini müzakirə edirlər.
Bunun üçün Moskva və Kiyev vasitəçilərdən, o cümlədən Türkiyə, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Vatikan və Beynəlxalq Qırmızı Xaç Komitəsindən istifadə edir.
Ukrayna rəsmiləri qəzetə bildiriblər ki, danışıqlar Ukrayna-Rusiya sərhədində və İstanbulda “sərt və xoşagəlməz” şəxsi görüşlər zamanı gedir və tərəflər telefonla da razılığa gələ bilərlər.
İstanbulda Ukrayna və Rusiya rəsmiləri arasında bir neçə ictimai görüş keçirilib, lakin danışıqlar çox vaxt gizli saxlanılır və ümumi sayı məlum deyil.
Rusiya tərəfdən hərbi əsirlərin mübadiləsi ilə bağlı danışıqları FSB-nin də daxil olduğu Müdafiə Nazirliyi yanında koordinasiya mərkəzi aparır.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR