“Yaxın Şərqdə uzun sürən döyüşlər bir sıra ölkələrin iqtisadiyyatlarını uçuruma itələmək riski daşıyır”.
OXU24.COM xəbər verir ki, bunu Britaniyanın "Economist Intelligence Unit (EIU)" tədqiqat mərkəzinin Yaxın Şərq və Afrika üzrə direktoru Pat Taker bildirib.
Ekspert hesab edir ki, İsrail və Həmas arasında münaqişə kəskinləşərsə, iqtisadiyyatları hazırda “artıq tənəzzüldə olan və ya ona yaxınlaşan” dövlətlər xüsusilə həssas vəziyyətdə olacaqlar. Böhranın güclənməsi ABŞ-nin Federal Ehtiyat Sistemi (FRS) və Avropa Mərkəzi Bankı (ECB) daxil olmaqla, aparıcı tənzimləyici qurumların sərtləşdirmə monetar siyasətinin və əsas faiz dərəcələrinin artırılmasının mənfi təsiri ilə bağlı olacaq.
Taker həmçinin enerji qiymətlərinin davamlı artması və qlobal səviyyədə inflyasiyanın köklü şəkildə azalmaması səbəbindən müharibənin problemli iqtisadiyyatlar üçün “ikiqat zərbə” olacağını proqnozlaşdırıb.
"Ən pis ssenaridə bazarlar orta müddətli perspektivdə Brent neftinin barelinin 100 dollardan yuxarı olması ilə mübarizə aparmalı olacaq. Kotirovkaların bu səviyyədə uzun müddət saxlanılması, öz növbəsində, yüksək qlobal inflyasiya, aşağı iqtisadi artım və tənəzzülə gətirib çıxaracaq",-analitik fikrini yekunlaşdırıb.
Oxu24.com
ŞƏRHLƏR