Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96966
az

Rusiya Ermənistanı yox edəcək? – “Körpülər tamamilə yandırılıb”

13:1525 Oktyabr, 2023
279
SİYASƏT
  • A

“Ermənistan və Rusiya arasında əsən soyuq küləklərin səbəbi ondan ibarətdir ki, rəsmi İrəvan, konkret olaraq da Nikol Paşinyanın özü Rusiyanın nəzarətindən tam olaraq çıxmaqda və sürətlə Qərbə doğru inteqrasiya etməkdədir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

O, Rusiyanın “Pervi kanal” televiziyasında Ermənistanın Baş naziri Nikol Paşinyan barəsində səslənən təhqiramiz ifadələrin pərdəarxası məqamlarına toxunub.

A. Qasımlı əlavə edib ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın fransız həmkarı Sebastyen Lekornu ilə görüşməsi və Parisin İrəvana hərbi yardım edəcəyi ilə bağlı sənəd imzalamasının özü elə hər şeyi göstərir:

“Bundan əvvəl isə MDB-nin Bişkek sammitinə Paşinyan getmədi, eləcə də sammitdən öncə KTMT-nin toplantısı oldu ki, Paşinyan oraya da getmədi və heç kimi göndərmədi. 

Həmçinin Ermənistan KTMT-yə yeni nümayəndə təyin etməyib. Eləcə də Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü formal olaraq qalıb. Yəni İrəvan Moskvanın təsir dairəsi və yaratdığı təfsilatlardan çıxmaqdadır. Bu illər ərzində Rusiya iqtidarı Ermənistanı həm öz tərəfinə çəkmək, həm də Paşinyanı devirmək yolunu tutmuşdur. Moskva bir neçə dəfə buna cəhd etsə də, bacara bilməyib. Rusiyanın Ermənistana qarşı olan aqressiyasının digər səbəbi isə ondan ibarətdir ki, Moskva tam istədiyinə nail olmadığına görə müəyyən mənada emosionaldır. Rusiya artıq Ermənistanla körpüləri tamamilə yandırıb”.

Müstəqil siyasətçinin fikrincə, əgər Kreml Ermənistanın indiki rəhbərliyini devirə bilsə, Ermənistan yenidən Rusiya ilə əvvəlki səviyyədə olan münasibətlərə qayıdacaq:

“Çünki Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı forpostu idi və müstəqilliyi tam əlindən alınmışdı. Ermənistan indi müstəqil hərəkət etməyə başlayıb. Ona görə ki, Paşinyanın iqtidarına qədər Ermənistana müstəqil siyasət yürüdən bir dövlət demək çətin idi. Yəni hakimiyyət hansısa bir şəkildə devrilsə, Ermənistan köhnə dövrə qayıdacaq.

Mənə elə gəlir ki, Rusiyanın Paşinyanı devirmədən onunla anlaşıb nəyisə etməsi mümkün olmayacaq. Ona görə də Ermənistanı Rusiyaya qaytarmaq üçün tək yol Paşinyanın devrilməsi yoludur. İndiki şəraitdə Moskva İrəvan üçün qapını bağlayıb. 

Əslinə qalsa, Ermənistan üçün əsas təhlükəsizlik məsələsi Qarabağ məsələsi idi ki, bu məsələ artıq ermənilərin əlindən çıxıb və onlar Qarabağı tərk ediblər?”

Analitik əmindir ki, indi Paşinyan nə qədər Qərbə doğru inteqrasiya edib bununla bağlı addımlar atmaq istəsə də, bu, çox ağrılı bir prosesdir və elə də olacaq.

O, hesab edir ki, burada İran variantı da mövcuddur ki, Tehran İrəvanın Qərbə doğru inteqrasiyasını istəmir:

“Amma hazırda bölgədə Ermənistanın təhlükəsizliyinə qarant olan ölkə yoxdur. Əvvəllər bunlar Rusiya və İran idi. Bu gün Qərb ölkələri Ermənistandan uzaqdadır. Ona görə də bu mərhələdə Ermənistanla İranın münasibətləri pisləşə bilər. Belə olan təqdirdə, Ermənistan Rusiya, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşı deyil deyə, tam izolyasiya edilmiş bir vəziyyətə gəlib çıxacaq. Bu da Ermənistanın təhlükəsizliyinə böyük risklər yaradacaq”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın Qərbə inteqrasiyası çox asan olmayacaq:

“Bunun üçün Qərb bölgədə çox aktiv olmalıdır, amma bunu hələ görmürük. Onlar aktiv hərəkət etsəydilər, İrəvan üçün bir qarantiya olardı və Rusiyadan qopması prosesi onlar üçün daha az ağrılı keçə bilərdi. Amma Qərbin bu aktivliyi görünmür. Ona görə də Ermənistan üçün proses çətin olacaq. Risklər böyükdür və Ermənistanın yan-yörəsi onunla münasibətləri yaxşı olmayan ölkələrdir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Hizbullah"ın atəşkəsi pozmasına Netanyahudan REAKSİYA
Ukrayna 2025-ci ildə müharibə üçün Qərbdən görün neçə milyard dollar istəyib
Gürcüstanda etiraz aksiyaları səngimək bilmir

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü