Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96880
az

ABŞ Maliyyə Nazirliyi büdcə kəsirində kəskin artım qeydə alıb

12:2023 Oktyabr, 2023
110
  • A

ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilinin sonunda 23% artaraq 1,695 trilyon dollar təşkil edib.

Oxu24.com bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci maliyyə ilində büdcə kəsiri 1,375 trilyon dollar təşkil edib.

Belə ki, il ərzində 320 milyard dollar artıb.Büdcə gəlirlərinin 9% azalaraq 4,439 trilyon dollara düşməsi kəsirin artmasının səbəblərindən biri olub.

Xüsusilə, fərdi gəlir vergisi üzrə daxilolmalar 17% azalaraq 2,176 trilyon dollar təşkil edib.

Eyni zamanda, büdcə xərcləri cəmi 2% azalaraq 6,134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri nəzərəçarpacaq dərəcədə - 23% artaraq 879 milyard dollara çatıb.ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, cari kəsir son illərin ən böyük kəsirindən biridir. Pandemiya dövründə yalnız 2020 və 2021-ci illərdə böyük idi. Sonuncu dəfə ABŞ büdcəsi 2001-ci maliyyə ili profisitlə bağlanmışdı.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi