Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96861
az

Naxçıvanda ticarət mərkəzində yanğın – Video

21:4022 Oktyabr, 2023
146
CƏMİYYƏT
  • A

Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, FHN-nin “112” qaynar telefon xəttinə Şərur şəhərində fəaliyyət göstərən ticarət mərkəzində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri, 5 yanğınsöndürən avtomobil cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə ümumi sahəsi 4 800 m² olan ticarət mərkəzində baş verib. Nəticədə bazarın 900 m² hissəsində olan 1 ofis, 2 mağaza və 60 ədəd rəf yanıb, ticarət mərkəzinin qalan əraziləri mühafizə olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Axşam yemək yeməsək nə baş verər?
Müəllim və şagirdlər məktəbə velosipedlərlə gəldilər -FOTO
Qarabağ Universiteti ilk tələbələrini qarşıladı -VİDEO