Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96859
az

"Kişilərdən bu sözləri eşitsəniz, arxanıza baxmadan qaçın" - VİDEO

21:0222 Oktyabr, 2023
167
CƏMİYYƏT
  • A

Qadın və kişi münasibətləri üzrə məşhur kouç Adil Yıldırımın sözlərinə görə, evli kişilərlə görüşən qadınlar onların "Özümü toparlayım, boşanacağam" deməsinə aldanmamalıdır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məşhur yazar "Haberler.com"un Yutub kanalında yayımlanan "Haber Bahane" verilişində qonaq olub. Kişilərin münasibətlərdə daha rahat olduqlarını qeyd edən Yıldırım əlavə edib ki, bu tip kişilər həm boşanmaq istəmirlər, həm də kənarda başqa bir qadın saxlayırlar.

Münasibətlərdən və artan xəyanətlərdən danışan Yıldırım sözlərinə belə davam edib:

"Bir insan evliliyini və ya sona çatan münasibətini pisləyirsə, sizi də pisləyəcək. "Münasibətim var, amma onu bitirəcəm, bir kənarda gözlə" deyirsə, bu, çox təhlükəlidir. "Evliyəm, amma boşanacağam, evə gedə bilmirəm. Artıq onu sevmirəm" deyərək arvadını ləkələyən biri doğru insan deyil.

"Sən çox doğru qadınsan, amma mən münasibətə hazır deyiləm" deyən yalnız kişilər yaradıcıdır. Kişi "Fikrimi toplamaq üçün mənə bir az vaxt ver, eyni zamanda da ayrılmayaq" deyirsə, qızı bir kənarda saxlamaq istəyir.

"Sən çox yaxşı insansan" cümləsi isə bunu ehtiva edir: "Sənə qarşı heç bir hissiyatım yoxdur, sən bir çox məsələlərdə işimə yarayırsan, amma aramızda ciddi əlaqə ola bilməz".

Kişilər mürəkkəb strategiya yarada bilməz. Nə qədər diqqətli olsa da, kişilər daha rahatdırlar. Qadınlar isə çox detallı şəkildə düşünə bilir", - Adil Yıldırım müsahibədə deyib.

Ekspertin daha bir şok açıqlaması "Aşk-ı Memnu" serialı ilə bağlı olub. O, iddia edib ki, sözügedən layihədən sonra xəyanət halları artıb:

"Türkiyədə "Aşk-ı Memnu" serialından sonra xəyanət halları artıb. Bu, statistikanın ortaya qoyduğu bir şeydir. 90-cı illərdə "Super Baba" kimi ailə serialları var idi. "Aşk-ı Memnu" çox şey dəyişdirdi. Ondan sonra məişət hadisələri, vəfasızlıqlar haqqında ssenarilər yazılmağa başladı və insanlar buna öyrəşdilər. Cəmiyyət bir hadisəni adiləşdirirsə, hər şeyi edəcək. Amerikada silahdan istifadənin bu qədər yaygın olmasının səbəbi də şoular və seriallardır 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nəqliyyat Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?
Bakının iki rayonunun bəzi hissələri QAZSIZ QALACAQ
Mənzilin kirayəsinə görə vergini kim ödəməlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı