Serbiyanın "Srvena Zvezda" basketbol klubunun 4 azarkeşi İtaliyada hücumdan sonra xəstəxanaya yerləşdirilib.
Oxu24.com xəbər verir ki,bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Red Star azarkeşləri üçün Bolonyaya səfər təşkil etməyib. Özbaşına gedən fanatlar cümə günü hücuma məruz qalıb. Onlardan dördü xəstəxanaya yerləşdirilib. Klub hücumdan sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılan azarkeşlərin ailələri ilə əlaqə saxlayır”, - deyə məlumatda bildirilir.
Oktyabrın 20-də Avroliqada “Virtus” – “Srvena Zvezda” oyunundan sonra italiyalı azarkeşlər qonaq komandanın azarkeşlərinə hücum ediblər. Qarşılaşma 79:85 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Dörd matçdan sonra Virtus yalnız "Real Madrid" və "Barselona"dan geri qalaraq, cədvəlin üçüncü pilləsində qərarlaşıb. Dörd görüşdən üçündə italyanlar qalib gəlib. “Qırmızı Ulduz” 13-cü yerdədir. Serbiya yığması yalnız bir qələbə qazanıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR