Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96760
az

88 yaşlı kişi gəlinini buna görə öldürüb - YENİ DETALLAR

13:5120 Oktyabr, 2023
292
KRİMİNAL
  • A

Dünən səhər saatlarında 88 yaşlı Yaşar Dadaşovun yaşadığı Mərdəkan qəsəbəsində gəlini Gülnarə Dadaşovanı qətlə yetirməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

OXU24.COM xəbər verir ki, Y.Dadaşov ilkin ifadəsində oğlunun 57 yaşlı həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirdiyini deyib.

O, gəlininin ona yaxşı baxmadığını, evdə yaşamasını istəmədiyini deyib. Həmçinin oğlunun ailəsinin onu öldürmək niyyətindən şübhələndiyini düşünüb. Bundan sonra 88 yaşlı kişi gəlinini qətlə yetirmək niyyətinə düşüb və oktyabrın 19-da səhər saatlarında qadını tüfənglə güllələyərək qətlə yetirib.

Bundan sonra Yaşar Dadaşov sirkə turşusu içərək intihara cəhd edib. Lakin tibbi yardım göstərildikdən sonra 88 yaşlı kişinin həyatını xilas etmək mümkün olub.

Faktla bağlı başlanmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Zəlzələ belə baş verib - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı