Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96739
az

“Allah 10 qatını ona və balalarına nəsib eləsin” - Zaur efirdə qarğış etdi - VİDEO

18:1519 Oktyabr, 2023
147
CƏMİYYƏT
  • A

Tanınmış teleaparıcı Zaur Baxşəliyev son günlər qətl və intihar hadisələrini efirdə işıqlandırmasından sonra çoxsaylı mesajlar alıb. 

OXU24.COM  xəbər verir Baxşəliyev bəzi şəxslərin ona və övladlarına qarğış etdiyini açıqlayıb. 

Aparıcısı olduğu "Bizimləsən" proqramında bu haqda danışan Zaur həmin şəxslərə canlı efir vasitəsilə cavab verib: 

"Bəzi məqamlarla bağlı deyəcəklərim var. Mən proqramda kimsənin acısından reytinq qazanmaq istəyən aparıcı olmamışam. Mənə mesaj yazan bəzi insanlar var, mən televiziyada olanda o insanlar heç orta məktəbə də getmirdilər. Onlar həmin vaxt yazmaq qaydasının nə olduğunu belə bilmirdilər, təəssüflər olsun ki, heç bu gün də bilmirlər. Acınızı başa düşürəm, ona görə çox sərt reaksiya vermirəm, ancaq mənə, mənim övladlarıma dil uzatmaq olmaz. Həmişə demişəm ki, qarğışı sevmirəm, nə qarğış etməyi, nə də eşitməyi sevmirəm. Ancaq bu məsələdə sözümü deyəcəyəm. Kim mənə və mənim balalarıma nəyi arzulayırsa, Allah on qatını ona və balalarına nəsib eləsin". 

Qeyd edək ki, Zaur Baxşəliyevin müəllifi olduğu "Bizimləsən" proqramında səs-küylü iki ölüm hadisəsi - Yaqut Nəriman kimi tanınan 41 yaşlı müğənninin əri tərəfindən qətli və tanınmış jurnalist Türkan Məmmədlinin intihar edən həyat yoldaşı Orxan Məmmədlinin ölümü ətrafında apardığı müzakirələr birmənalı qarşılanmayıb. 
Sosial şəbəkə istifadəçiləri aparıcını şəxsi həyata müdaxilədə və tanınmış şəxslərin üzərindən reytinq yığmaqda ittiham ediblər. 
Z.Baxşəliyev məlum çıxışında ad çəkməsə də, aparıcının bu ölüm hadisələri ilə bağlı açdığı müzakirələrdən sonra qınağa tuş gəldiyi güman edilir. 

Həmin görüntüləri təqdim edirik: 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3000 şəhid məqaləsi "Wikipedia"dan tamamilə SİLİNDİ -AÇIQLAMA
Müharibədə Moskvaya yalnız bu ölkə KÖMƏK EDİR -Lukaşenko AÇIQLADI
Durov Fransanın tələbinə BOYUN ƏYDİ -Təhlükəli proses başladıldı

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Türkiyədə öldürülən səkkiz yaşlı qızın anası DANIŞDI