Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96681
az

DİQQƏT! Azərbaycanda qanun dəyişdi: Bunlar pullu oldu

11:0218 Oktyabr, 2023
724
CƏMİYYƏT
  • A

Azərbaycanda dənizçilik sahəsində daha 2 sənəd - "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi", eləcə də "Dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması barədə Şəhadətnamə" dövlət rüsumları ödənilməklə veriləcək.

 

Oxu24.com  xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin dövlət rüsumları 65 manat təşkil edəcək.

 

Bundan başqa, qanun layihəsi dəniz nəqliyyatında bəzi sənədlərin adlarının dəqiqləşdirilməsini nəzərdə tutur.

Belə ki, "Heyətin tərkibi haqqında Şəhadətnamə"nin əvəzinə "Minimum heyət tərkibi haqqında Şəhadətnamə", "Neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamə"nin əvəzinə "Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyətin sığortalanması və ya “Neftlə çirkləndirmədən vurulan zərərə görə mülki məsuliyyət haqqında” 1969-cu il tarixli Beynəlxalq Konvensiyaya uyğun digər maliyyə təminatı” haqqında Şəhadətnamə", "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (işçi diplom) və təsdiqnamə"nin əvəzinə "Gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnaməsi (diplom) və təsdiqnamə", "Gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatı"nın əvəzinə "Gəmi heyət üzvləri üçün xüsusi hazırlıq şəhadətnaməsi" olacaq.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abituriyent imtahandan çıxarıldı - Onlara xüsusi aparat satan şəxs həbs olundu
Pirotexniki vasitələr satan daha bir şəxs saxlanıldı
Abşeronda yük maşını yandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı