İsrail ABŞ-dan təcili yardım üçün 10 milyard dollar istəyib.
Oxu24.com xəbər verir ki,bu barədə “The New York Times” amerikalı rəsmilərə istinadən yazır.
Məqalədə deyilir ki, ABŞ qanunvericiləri və Ağ Ev indi İsrail və Ukraynaya hərbi yardımı, Meksika ilə sərhədi möhkəmləndirmək üçün vəsaiti və Tayvana yardımı birləşdirəcək paket üzərində işləyir.
Oktyabrın 15-də prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bildirib ki, Ağ Evin rəhbəri gələn həftə Konqresdən Ukrayna və İsraili dəstəkləmək üçün ümumi məbləği təxminən 2 milyard dollar olan maliyyə paketinin razılaşdırılmasını xahiş edəcək.
Qeyd olunur ki, ABŞ-ın İsrailə verə biləcəyi yekun məbləğ prezident Co Baydenin yəhudi dövlətinə oktyabrın 18-i çərşənbə gününə planlaşdırılan səfəri zamanı müzakirə olunacaq.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR