Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96632
az

Beynəlxalq axtarışda olan 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya olunub

09:3917 Oktyabr, 2023
271
KRİMİNAL
  • A

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Daşdəmirov Elturan Emil oğlu, Məmmədov Sərxan Oqtay oğlu, Abbasov Pərviz Qəzənfər oğlu və Dadaşzadə Aydın Ayaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Oxu24.com-a  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Elturan Daşdəmirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədilən adam oğurluğu, Sərxan Məmmədovun xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və rüşvət verməyə təhrik etmə, Pərviz Abbasovun on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, Aydın Dadaşzadənin isə külli miqdarda mənimsəmə və ya israf cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər oktyabrın 16-da Rusiya Federasiyası ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib
İmişli sakininin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır
Cinayətdə şübhəli bilinən 21 nəfər saxlanıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Erməni hərbi cinayətkarların işi Bakı Hərbi Məhkəməsinin sədrinin icraatına verilib