Oxu24.com xəbər verir ki,İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, ABŞ prezidenti Co Bayden oktyabrın 18-də və ya 19-da İsrailə səfər edə bilər.
Axiosun fikrincə, Amerika liderinin İsrailə səfəri “bu həftə” baş tuta bilər. Nəşrin iddiasına görə, bu səfər HƏMAS-la müharibədə İsrailə dəstək nümayişi və İrana və Livanın şiə Hizbullah partiyasına döyüşlərə qoşulmamaq üçün bir siqnal olacaq.
İsrailin baş naziri Benyamin Netanyahu Baydeni İsrailə səfərə dəvət edib. ABŞ prezidenti münaqişənin kəskinləşməsindən sonra İsrailə səfər edən ilk xarici dövlət başçısı ola bilər.
Bundan əvvəl ABŞ İsraildən ilk olaraq Livana hücum etməməyi tələb edərək, Hizbullahın hücumu halında kömək edəcəyini vəd etmişdi.
Bundan əvvəl İsrailin baş naziri Netanyahu HƏMAS-ı məhv edəcəyinə söz vermişdi.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR