İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın Qəzza zolağındakı hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib.
Oxu24.com xəbər verir ki,“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İsrail təyyarələri Qəzza zolağında HƏMAS-ın bir neçə obyektinə, o cümlədən arsenal və komanda məntəqəsinə zərbələr endirib.
Cebaliyadakı komanda əməliyyat məntəqəsi də hücuma məruz qalıb. Hərbçilərin sözlərinə görə, ondan "İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün" istifadə edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə güclü raket zərbəsi endirilmişdi. Qəzza zolağına rəhbərlik edən İslamçı HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Buna cavab olaraq Qüds terrorla mübarizədə “Dəmir Qılınclar” əməliyyatına başladı. Onun birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR