Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96256
az

Azərbaycanda "kərə yağı" adı altında 4 AZN-ə satılan yağlar necə hazırlanır? - ŞOK FAKTLAR

20:3409 Oktyabr, 2023
1929
ŞİKAYƏTLƏR
  • A

Azərbaycanın müxtəlif bölgələrində xalis kərə yağı adı altında, saxta yağlar satılır.

OXU24.COM BAKU.WS -ə istinadən xəbər verir ki, bu yağların 1 kiloqramının qiyməti 4 manat 30 qəpikdir.

Hətta onların daha çox Gəncə və Bərdədən gətirildiyi də deyilir. Hazırda marketlərdə xalis kərə yağının 1 kiloqramına olan qiymət 18-20 manat aralığında satılır. Qiymət fərqinin bu qədər kəskin olmasına baxmayaraq insanlar hələ də 4 manatlıq məhsulu alaraq aldanırlar. İddia edilir ki, ucuz yağlar əsasən heyvan içalatındakı yağlardan hazırlanır. İstehlaka yararsız olan, qiyməti aşağı və əksər vaxtlarda satışa belə çıxarılmayan heyvan içlikləri qatıqla qaynadılaraq “kərə yağı”na çevrilir. Bu da bazarlara "kərə yağı" adı ilə çıxarılır.

Məsələ ilə bağlı mütəxəssisə müraciət etdik. Qida eksperti Ağa Salamov BAKU.WS-ə açıqlamasında bildirdi ki, belə yağlar insan orqanizminin, xüsusən də ürək, qan-damar sisteminin 1 nömrəli düşmənidir:

“Belə məhsulların trans yağlardan heç bir fərqi yoxdur. Heyvan içliklərinin maliyyəti olduqca aşağıdır. Məntiqlə də düşündükdə anlamaq olur ki, xalis yağ əldə etmək bu qədər ucuz olmamaldır. Sənayedə heyvan piylərindən istifadə edilmir. Ehtimal olunur ki, bu yağı kustar üsulla əldə edirlər. Belə saxta yağları ilıq suya atdıqda suda toparlanır. Beləcə yağın xalis olub-olmadığı aydın olur”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, proses uzun illərdir ki davam edir - bazarlarda üzərində barmaq izləri olan yağlar “kərə yağı” adı ilə ucuz qiymətə satılır.
Bu məhsulların əldə edilmə üsulu belədir:

"Təzə südü sərəndə ondan qaymaq əmələ gəlir. Daha sonra qaymaq yığılır, altında qalan südə isə “üzsüz süd” deyirlər. Onun 94%-i sudur. Həmin südün üzərinə ucuz bitki yağlarını qarışdırıb qaynadırlar. Nə qədər qaynatsalar da südlə su qarışmır. Bundan sonra onu xüsusi cihaza tökürlər. Bu cihaz süd və su molekkullarını bir-birini nüfuz etdirir. Ortaya yağlı süd çıxır. Həmin süddən qaymaq əldə edilir və “kərə yağı” hazırlanır. Bu yağın bitki tərkibli olub-olmamasını heç laboratoriya da araşdıra bilmir. Çünki tərkibinə baxıldıqda süd turşularına rast gəlinir. Bu cür yağlar ölkənin hər yerində, ən çox da məhəllə marketlərində satılır". 

Görünən odur ki, ucuz və keyfiyyətli məhsul arayışı bu dəfə də riskli vəziyyətə yol açıb. Nəzərə alsaq ki, yağlı yeməklər milli mətbəximizin vazkeçilməzidir. Üstəlik ölkəmizdə səhər yeməyində kərə yağından geniş istifadə olunur. Bu da təhlükənin miqyasını daha da böyüdür.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Bakıda bu yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb 

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ