Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96157
az

Hər səhər üzünüzü belə yuyursunuzsa, DİQQƏTLİ OLUN!

12:1508 Oktyabr, 2023
119
CƏMİYYƏT
  • A

"Üzü çox isti su ilə yumaq dərini quruda bilər, ona görə də ilıq su ilə yuyulmalıdır".

OXU24.COM  xəbər verir ki, bunu üz dərisinə qulluq haqqında tövsiyələr verən Dermatologiya Mütəxəssisi Dr. Ada Bozkurt deyib.

O bildirib ki, soyuq hava dərini həssas etdiyi üçün dəri sağlamlığına daha çox diqqət edilməlidir:

"Soyuq havalarda dəri nəmini itirir və səthdə sərtləşmə baş verir. Bu dövrlərdə dəri sağlamlığı üçün xüsusilə sakitləşdirici, nəmləndirici, bərpaedici və gücləndirici vasitələrdən istifadə etmək vacibdir. Həkiminizin məsləhəti ilə, xüsusilə soyuq aylarda, tərkibində hialuron turşusu, keramidlər və peptidlər olan məhsullar dəriyə qulluq proqramına əlavə edilməlidir. Dodaqlar və əllər gün ərzində diqqətdən kənarda qalmamalı, tez-tez nəmləndirilməlidir.

NƏMLƏMƏYƏ DİQQƏT EDİN!

Dəriyə qulluqda ən vacib addımlardan biri nəmləndirmədir. Hər mövsümdə dərinin nəmləndirilməsi çox əhəmiyyətlidir. Lakin soyuq aylarda dəri qurumağa daha çox meyilli olduğu üçün laqeyd yanaşmaq olmaz. Yağlı dəriyə sahib olanlar su əsaslı nəmləndiricilərdən istifadə edə bilərlər. Çünki soyuq havalarda dəri baryerləri zədələnə bilər. Dəri növündən asılı olmayaraq, nəmləndirici istifadə edilməlidir.

ÜZÜNÜZÜ YUDUQDA BUNA DİQQƏT EDİN!

Dəriyə qulluqda ilk addım dərinin təmizlənməsidir. Dərinin təmizlənməsi prioritet olmalıdır. Ətraf mühit faktorları məsamələri bağlaya, dərinin oksigendən məhrum olmasına və nəticədə cansız, mat bir dəri görünüşünə səbəb ola bilər. Üzü çox isti su ilə yumaq dərini çox quruda bilər. Ona görə də ilıq su ilə yuyulmalıdır. Həkiminizin məsləhəti ilə dəri tipinizə uyğun, dərini qurutmayan və nəm səviyyəsini tənzimləyən təmizləyicilər seçilməlidir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü