Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
96120
az

ŞOK! İsrail müharibə elan etdi

10:3107 Oktyabr, 2023
390
DÜNYA
  • A

İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib.

Oxu24.com  xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

“İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.

Xatırladaq ki, bu gün, oktyabrın 7-də İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Qəzza zolağından atılan raketlər nəticəsində artıq ölüm hadisəsi baş verib: mərmi 70 yaşlı qadının evinə düşüb. Hadisə şahidləri sosial şəbəkələrdə onlarla raket atıldığını, bəzilərinin qəlpələrdən yaralandığını, küçələrdə yanğınların baş verdiyini bildirirlər. Baş nazir Benyamin Netanyahu tezliklə təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə təcili görüş keçirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Radikal qruplaşmanın komandiri öldürüldü
İtaliyada güclü külək vaqonları aşırdı - VİDEO
Rusiyada zəlzələ oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü