Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95907
az

Avropa İttifaqı Ukraynaya 5 milyardlıq yardımla bağlı razılığa gələ bilmir

21:3502 Oktyabr, 2023
84
DÜNYA
  • A

Avropa İttifaqının xarici işlər nazirləri 2024-cü il üçün Ukraynaya 5 milyard avro məbləğində hərbi yardımın ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.

Oxu24.com xəbər verir  ki,bu barədə oktyabrın 2-də Kiyevdə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrell bildirib. Onun sözlərini UNIAN sitat gətirir.


Borrell bu ilin sonuna qədər razılığın əldə olunacağına ümid etdiyini bildirib: “Mən gələn il üçün Avropa Sülh Fondu çərçivəsində 5 milyard avro məbləğində yeni hərbi yardım paketi təklif etmişəm. Ümid edirəm ki, ilin sonuna qədər, Aİ ölkələri çoxillik büdcə ilə bağlı razılığa gəlməli olacaqlar”.

İclasda həmçinin ilin sonuna qədər F-16 pilotları da daxil olmaqla, təxminən 40 min Ukrayna hərbçisinin hazırlanması planları açıqlanıb. Borrell müdafiə sənayesi və kiberməkanda əməkdaşlığın gücləndirilməsinin, eləcə də dezinformasiya kimi hibrid təhlükələrlə mübarizənin vacibliyini vurğulayıb.

Kiyevdə keçirilən görüşdə Borrell Rusiyaya təzyiqlərin artırılmasının zəruriliyindən danışıb və vurğulayıb ki, Ukrayna Avropa İttifaqına daxil olmamışdan əvvəl “çətin mübarizə” ilə üz-üzədir.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Əhalimizin əksəriyyətini qadınlar təşkil edir"- Paşinyan
ABŞ-də polisə "silah" tuşlayan uşaq öldürüldü
Mədəniyyət nazirinin bu hərəkəti qınaqla qarşılandı -VİDEO

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü