Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95896
az

Qapanmalar olacaq? - Ölkəmizdə koronavirusun yeni növü yayıla bilər

16:5602 Oktyabr, 2023
98
CƏMİYYƏT
  • A

Ölkəmizdə koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantının ("Eris") yayılma ehtimalı var.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bu barədə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

Onun sözlərinə görə, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantına ("Eris") yoluxanların sayı dünyada artmaqdadır.

"Payız-qış mövsümündə koronavirusa yoluxma daha da çoxalır. Ölkəmizdə hələ koronavirusun EG.5 variantına ("Eris") yoluxma qeydə alınmayıb. Lakin bu növün yayılma ehtimalı var. Koronavirusun bu növünə yoluxanlar tez saxalır. Belə ki, ağırlaşma və ölüm halları az olur. Ancaq risk qrupuna daxil olan şəxslər mütləq peyvənd olunmalıdır.

Yeni tədris ilinin başlanması da COVID-19-un sürətlə artımına şərait yaradır. Amma əvvəlki illərdə olduğu kimi, qapanmalar olmayacaq. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi əhalidə kütləvi immunitet yaradıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda son 1 həftə ərzində (18-24 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib. Bildirilib ki,son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumilikdə 7 684 217 test icra olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri
Blinken Kiyev barında gitara çalıb, mahnı oxudu - VİDEO
Yadplanetlilər bizi eşitməyəcək - SƏBƏB

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu