Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95823
az

ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 31-dək hökumətin maliyyələşdirmə planını qəbul etməyib

22:2829 Sentyabr, 2023
84
DÜNYA
  • A

ABŞ Konqresinin Nümayəndələr Palatası oktyabrın 31-dək hökumətin maliyyələşdirmə planını qəbul etməyib.

Oxu24.com xəbər verir  ki,bu barədə TASS yazır.

232 konqresmen “əleyhinə”, 198 Respublikaçılar Partiyasının nümayəndəsi “lehinə” səs verib.

Qeyd olunur ki, layihə ABŞ Konqresinin Yuxarı Palatası və Ağ Ev tərəfindən etirazla qarşılanır. Nazirlər Kabinetinin işinin maliyyələşdirilməsi planının qəbul edilməsi üçün son tarix oktyabrın 1-i saat 00:00-dır.

Bundan əvvəl ABŞ Konqresi Ukrayna üçün 300 milyon dolları müdafiə büdcəsi layihəsindən çıxarmışdı.

Dəqiqləşdirilir ki, müvafiq təşəbbüsü Nümayəndələr Palatasının 217 üzvü dəstəkləyib, 211 nəfər isə əleyhinə çıxıb. Bu yardımın Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ayrılıb-aparılmaması məsələsinin səsverməyə çıxarılacağı gözlənilir. Bu proqram ABŞ Müdafiə Nazirliyinin hər hansı avadanlığı birbaşa müdafiə departamentinin anbarından təmin etməkdənsə, istehsalçılarla müqavilə bağlamasını nəzərdə tutur.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu