Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95814
az

Qardaş bacısını benzin töküb yandırdı

20:5729 Sentyabr, 2023
211
  • A

Rusiyanın Nijni Novqorod vilayətinin Zavoljye şəhərində kişi bacısının üstünə benzin tökərək yandırıb, qadın ölüb, şübhəli şəxs saxlanılıb.

Oxu24.com xəbər verir ki,bu barədə Rusiyanın region üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Qadının ölümündən sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “e” bəndində nəzərdə tutulmuş cinayət maddəsi ilə cinayət işi araşdırılır”, - məlumatda deyilir.

İlkin məlumata görə, sentyabrın 28-də Turbinnaya küçəsində kiçik mübahisə zamanı 55 yaşlı kişi bacısına benzin tökərək yandırıb. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Şübhəli saxlanılıb. O, günahını etiraf edib. Yaxın vaxtlarda kişiyə qarşı ittiham irəli sürüləcək və barəsində həbs qətimkan tədbiri seçiləcək.

 

Müəllif:Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vüsal Həşimov həbs olunub
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bakıda kafedə tüstülənmə oldu

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub