Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95704
az

Rusiya  Kanadaya etiraz notası göndərib

21:3126 Sentyabr, 2023
89
  • A

Moskva Ottavaya Kanada parlamentində ukraynalı SS hərbçisinin şərəfləndirilməsi ilə bağlı etiraz notası göndərib, lakin hələ də cavab alınmayıb.

Oxu24.com xəbər verir ki,bu barədə Rusiya səfiri Oleq Stepanov bildirib.

"Nota bazar ertəsi göndərilib. Mən onu baş nazirə, Xarici İşlər Nazirliyinə və İcmalar Palatasının sədrinə ünvanlanmış şəxsi məktublarımla müşayiət etmişəm. Hələlik cavab yoxdur", - RİA Novosti Stepanova istinadən yazır.

Diplomat vurğulayıb ki, qalmaqalın bütün dünyada gurultulu olmasına baxmayaraq, Kanadanın baş naziri Castin Trüdo hələ də nasisti parlamentə dəvət etdiyinə görə üzr istəməyib. Səfirin sözlərinə görə, baş nazirin və onun kabinetinin reputasiyasına ciddi zərbə vurulub, lakin onlar İcmalar Palatasının sədri Entoni Rotanı günah keçisi etməyə çalışırlar.


Xatırladaq ki, Vladimir Zelenski Castin Trüdo ilə birlikdə SS Qalisiya bölməsinin keçmiş üzvü, 98 yaşlı Yaroslav Hunkı (keçmiş soyadı Gunko) Kanada parlamentində mehribanlıqla qarşılayanda qalmaqal yaranmışdı. Daha sonra Kanada İcmalar Palatasının sədri Entoni Rota qoca nasisti dəvət etdiyi üçün üzr istəyib. Buna baxmayaraq, Rusiya Ottavadan izahat, Polşa və Minsk isə üzr istəməsini tələb edib. Hətta İlon Mask belə vəziyyətdə Rusiyanın tərəfini tutub.

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olundu
Hakan Fidan Blinkenlə görüşüb
Rus qoşunları daha bir kəndi nəzarətə götürdü

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər