Keçmiş amerikalı kəşfiyyat zabiti Skott Ritter Ukrayna Silahlı Qüvvələrinin əks-hücum zamanı döyüş qabiliyyətini itirdiyini bildirib və bu, ölkə ordusunda “böyük itkilər” olduğunu göstərir.
Oxu24.com xəbər verri ki,O, bu barədə jurnalist Qarland Niksonla müsahibəsində danışıb.
“Bir bölmənin itkiləri 50-69% arasında olduqda, döyüş effektivliyini itirir. Və demək olar ki, bütün Ukrayna briqadaları bunu itirdi”, - Ritter bildirib.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, Ukrayna ordusu “böyük itkilər” verir, son bir neçə ay ərzində bir sıra bölmələr üç dəfə əsgərləri dəyişməli olub. Ekspert hesab edir ki, Ukrayna Silahlı Qüvvələri canlı qüvvəsini artırmaq imkanlarını tükənib və bu, potensial olaraq Ukraynanın Rusiya ilə münaqişədə məğlub olmasına gətirib çıxara bilər.
Bundan əvvəl “The New York Times” Amerika rəsmilərinə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələri, ehtimal ki, cəbhənin cənub sektorunda strateji məqsədlərə nail ola bilməyəcək və Krıma gedən quru dəhlizini kəsə və ya daralda bilməyəcək.
Onların fikrincə, yaxın gələcəkdə hava şəraitinin dəyişməsi nəticəsində yer yumşaq və palçıqlı olacağından Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi daha çətin olacaq. Bəzi rəsmilər hesab edir ki, Ukrayna qoşunlarına texnikanı bərpa etmək və yay döyüşlərindən yorulmuş əsgərləri dincəlmək üçün ən azı bir neçə həftəlik fasilə lazımdır.
Müəlli:Nigar
Oxu24.com
ŞƏRHLƏR