Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95483
az

Kreml BMT Təhlükəsizlik Şurasında dəyişiklik edilməsinin vacibliyinə işarə edib

18:3020 Sentyabr, 2023
138
DÜNYA
  • A

Bir çox ölkələr bu fikirdədir ki, BMT Təhlükəsizlik Şurası daha inklüziv olmalıdır.

Oxu24.com xəbər verir ki,bu barədə RT-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, bu barədə Rusiya prezidenti Vladimir Putinlə Çinin xarici işlər naziri Vanq İnin görüşündən sonra açıqlama verib.

Kreml nümayəndəsinin sözlərinə görə, bu, BMT-dən müəyyən uyğunlaşma tələb edən qlobal dəyişikliklərin dünyada baş verməsi ilə izah olunur.

Peskov deyib: “Bir çox ölkələr Təhlükəsizlik Şurasının daha inklüziv olması ideyasını dəstəkləyir; o, iqtisadi, siyasi və digər məsələlərdə səsi getdikcə daha çox eşidilən ölkələri əhatə etməlidir”.

O, əlavə edib ki, Rusiya və Çin qarşılıqlı hörmətə əsaslanan “dövlətlərarası münasibətlərin mahiyyətini anlayır”. Lakin onun fikrincə, bu, yeni dünya düzəninin formalaşması haqqında demək üçün kifayət deyil.

“Hər halda, əsas orqan Birləşmiş Millətlər Təşkilatıdır, bizim başqa qurumumuz yoxdur”, - Peskov yekunlaşdırıb.

Newsweek jurnalı daha əvvəl yazmışdı ki, Rusiya və Çin BMT-də öz nöqteyi-nəzərini təşkilatın Baş Assambleyasında daim irəli sürməyə çalışan ABŞ-dan daha çox təsirə malikdir.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü
Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü