Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95447
az

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib

18:4619 Sentyabr, 2023
118
DÜNYA
  • A

ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Rusiyanın aviasiya ilə bağlı üç şirkətini daxil etmək üçün yeniləyib.

Oxu24.com xəbər verir  ki,bu barədə idarənin saytında məlumat verilir.

Qeyd olunur ki, şirkətlər İranla əlaqələr bəhanəsi ilə sanksiya siyahısına salınıb.

Məhdudiyyət İranın dövlət təyyarə istehsalı korporasiyası Iran Aircraft Manufacturing Industries Corporation (HESA) ilə qarşılıqlı əlaqədə olan şirkətlərə şamil edilib.

Bundan əvvəl Ağ Ev rəhbəri Co Bayden bəyan etmişdi ki, Vaşinqton İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və ölkənin kəşfiyyat nazirliyinə qarşı sanksiyalar tətbiq edəcək.

Sentyabrın 15-də ABŞ İranın üç aparıcı media orqanına: Fars və Tasnim xəbər agentliklərinə və Press TV kanalına qarşı sanksiyalar tətbiq edib.

Bir gün əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, Ağ Ev ölkənin 6 milyard dollarlıq aktivlərinin dondurulmasından sonra İran hakimiyyətinin hərəkətlərini diqqətlə izləyəcək.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tehranda televiziya qülləsini ildırım vurdu - ANBAAN VİDEO

Tbilisi Saakaşvilinin başlatdığı müharibəyə görə onlardan ÜZR İSTƏYƏCƏK
Əlcəzairin hazırkı prezidenti yeni müddətə yenidən seçilib


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular