Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95395
az

Aİ bunu dəstəkləməyə hazırdır - Ş.Mişel

16:5918 Sentyabr, 2023
86
DÜNYA
  • A
Laçın və Ağdam-Xankəndi yollarından yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.
 
OXU24.COM  Trend-ə istinadən bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" (Tvitter) hesabında bildirib.
 
"Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin, Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq da vacibdir. Aİ bunu dəstəkləməyə hazırdır", - deyə Ş.Mişel qeyd edib.
 
Qeyd edək ki, Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq əldə olunub.
 
 
Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığı arasında yüklərin Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolu vasitəsilə də çatdırılması razılaşdırılıb.
 
Yüklər Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları ilə daşınacaq. Beləliklə, BQXK bu gün həm Laçın-Xankəndi, həm də Ağdam-Xankəndi yollarından istifadə etməklə Qarabağda yaşayan erməniəsilli sakinlərə yük daşıyacaq.
 
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib. "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən yük maşınlarında yoxlama aparıldıqdan sonra onların sərbəst keçidi təmin edilib.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əfsanə
Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR
Tbilisidə etiraz aksiyası zamanı 13 nəfər HƏBS EDİLDİ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA