Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95330
az

Paşinyandan Moskvaya sərt reaksiya: Cəhd edin, görün sizi nə gözləyir

21:2116 Sentyabr, 2023
252
  • A

“Sizin və xaç atalarınız üçün bu, 1999-cu il, oktyabrın 27-si deyil (Həmin tarixdə Ermənistan parlamentində terror aktı olub. Ermənistan parlamentinin spikeri Karen Dəmirçiyan, baş nazir Vagen Sərkisyan, vitse-spiker Yuri Baxşyan, operativ məsələlər üzrə nazir Lenard Petrosyan və daha 3 deputat qətlə yetirilib. 7 nəfər yaralanıb, 40-dan çox deputat girov götürülüb-red). Sadəcə, cəhd edin və sizi zəngin asfalt pəhrizi gözləyir”.

OXU24.COM  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin İrəvan mer seçkilərində müxalifətin hərəkətlərinə mövqeyini açıqlayarkən deyib.

Müxalifəti debatdan yayınmaqda ittiham edən Paşinyan deyib ki, debatlarda iştirak etməmək saxtakarın, tiranın, qəsbçinin, qəsdçinin yanaşmasıdır.

“Debata gəlməyənlərdən biri İrəvan sakinlərini səs verməyə çağırır. Başqalarını atıb siyasi dueldən qaçmağa təşviq edirsiniz. Mən güllələnmədən danışanlara, İrəvanı qanla almaqdan danışanlara məsləhət görərdim ki, söz ehtiyatlarına yenidən baxsınlar”.

O eyni zamanda əlavə edib ki, seçkilərdə debatlar məcburi xarakter almalı, debatlarda iştirakdan imtina edənlərin qeydiyyatı ləğv edilməlidir.

10 noyabr 2020-ci ildən sonra Ermənistanda vəziyyətin indiyədək sabitləşməməsinə də aydınlıq gətirən Paşinyan deyib: “Bilirsiniz, niyə noyabrın 10-dan sonra vəziyyət sabitləşmir? Çünki bəziləri məqsədlərinə çata, bilmədilər. Əslində Ermənistanı diz çökdürmək istəyənlər onlardır. Onlar bu tribunadan müstəqillikdən, suverenlikdən danışanda məhz bunu nəzərdə tuturlar”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin hökumətin yeni tərkibini təsdiqlədi
Paşinyan onu vəzifəsindən azad etdi: 1 ay öncə sədr təyin etmişdi...
Zelenski xalqa SƏSLƏNDİ:

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu