Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95325
az

Cənubi Koreya nüvə enerjisinin inkişafında Ukraynaya yardım vəd edir

18:0216 Sentyabr, 2023
68
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Koreya hakimiyyətinə nüvə enerjisinin inkişafına kömək istəyi ilə müraciət edib.

Oxu24.com xəbər verir  ki,Bu barədə Yonhap yazır.

Ukrayna lideri belə bir xahişlə Koreyanın məkan inkişafı, infrastruktur və nəqliyyat naziri Von Hee Ren ilə görüşdə çıxış edib. Buna cavab olaraq Koreya rəsmisi Seulun Ukraynanın yenidən qurulmasını dəstəkləmək öhdəliyini açıqlayıb.

Nazir Ren vurğulayıb ki, Cənubi Koreya hökuməti və sahibkarları Kiyevlə nüvə enerjisi, avtomobil sənayesi və müxtəlif tikinti layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığa hazırdır. Bildirilir ki, 2023-cü ilin sonunda Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyinin nümayəndə heyəti Kiyevə gələ bilər.

Bundan əvvəl Cənubi Koreya Ukrayna üçün dövlət kreditləri barədə razılığa gəlib. İlkin sazişi Cənubi Koreyanın maliyyə naziri Çu Kyunq-ho və Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko imzalayıblar. Vəsait Cənubi Koreya hökumətinin İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan (EDCF) ayrılacaq.

Bundan əvvəl muzdlu Ukrayna ərazisinə girdiyi üçün Cənubi Koreyada şərti cəza alıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə nazirinin müavini İrana səfər edib
Rusiya Makrona cavab verdi
Putin bu tarixdə Çinə gedəcək

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Yunis Səfərovun şikayəti rədd edildi