Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95274
az

BMT: 47 milyon insan aclıq astanasındadır

17:5115 Sentyabr, 2023
68
  • A

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, dünyada təxminən 783 milyon insan qida əldə etməkdə problem yaşayır, 50-dən çox ölkədə isə təxminən 47 milyon insan aclıq astanasındadır.

Oxu24.com xəbər verir  ki,Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının  icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının  keçirilən sessiyasında qlobal ərzaq böhranından danışıb.

"Müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir", - Makkeyn bildirib. 

Dünya əhalisinin təxminən 1/10 hissəsinə uyğun gələn təxminən 783 milyon insanın qidaya çıxış problemi olduğuna diqqət çəkən Makkeyn, “ÜƏP-in hesablamalarına görə, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıqdan bir addım uzaqda yaşayır”, deyə məlumatda qeyd edilib.


“Təxmin edilir ki, 5 yaşa qədər 45 milyon uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir”, - Makkeyn bildirib. O, açıqlamaları ilə aclıq pəncəsində olan uşaqlara diqqət çəkib.

Dünyanın bir çox yerində müşahidə edilən aclığın artmasının birdəfəlik olmadığını və şərtlər dəyişdikcə yaxşılaşmayacağını ifadə edən Makkeyn, “Hazırda qlobal humanitar yardımları artıracaq bir sıra uzunmüddətli və eyni vaxtda böhranlarla qarşı-qarşıyayıq",- deyə qeyd edilib.

WFP ərzaq yardımı büdcəsini azaldır

Makkeyn, ÜƏP-nin resursların azalması səbəbindən milyonlarla insana verilən ərzaq yardımını kəsmək qərarına gəlməli olduğunu və daha çox kəsin yolda olduğunu bildirib.

Humanitar yardıma ehtiyacın davam etdiyini, lakin büdcənin azaldıldığını bildirən Makkeyn, sektorlararası əməkdaşlığı ön plana çıxaran yeni modellərin hazırlanmasının vacib olduğunu açıqlayıb.

Bu kontekstdə özəl sektorun önə çıxdığını vurğulayan Makkeyn, “Bizim ortaq məqsədimiz aclıq və yoxsulluqla effektiv mübarizə aparmağımıza və uzunmüddətli perspektivdə humanitar yardım ehtiyacını azaltmağımıza imkan verəcək iddialı və çox sektorlu tərəfdaşları gücləndirməkdir”,-deyə bildirilib.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Sülh sazişi imzalanacaq, Paşinyan Bakıya gedəcək” - SENSASİON AÇIQLAMA
Ukraynalı teleaparıcının Bakıdakı evindən 120 min dollarlıq qızıl oğurlandı
Türkiyə F-16-ları NATO missiyasına qatıldı

Alimlər Avropanın mərkəzində kütləvi at sümükləri olan yer tapıblar

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?