Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95032
az

Çin Apple-ı çökdürdü

22:3508 Sentyabr, 2023
201
DÜNYA
  • A

WSJ və Bloomberg-in məlumatına görə, Apple-ın səhmlərinin qiyməti son iki gündə təxminən 7% ucuzlaşaraq şirkətin bazar kapitallaşmasını təxminən 194 milyard dollar azaldıb.


Oxu24.com xəbər verir ki,Çin rəsmiləri iPhone qadağasını elan etdikdən sonra səhmlər çöküb.

Apple üçün Çin üçüncü ən böyük satış bazarıdır və şirkətin məhsullarının əhəmiyyətli bir hissəsi bu ölkədə istehsal olunur. Ekspertlər vurğulayırlar ki, Pekinin bu qərarı təsadüf olub-olmamasından asılı olmayaraq, sentyabrın 12-nə planlaşdırılan iPhone 15 təqdimatı ərəfəsində gəlib.

WSJ çərşənbə günü bildirib ki, Çin liderləri öz dövlət işçilərinə iPhone-ları rəsmi məqsədlər üçün istifadə etməyi və ya onları iş yerinə gətirməyi qadağan ediblər.

Çin Apple-a şirkətin ümumi gəlirinin 18%-ni gətirir. Üstəlik, bu bazar sürətlə böyüməyə davam edir. Belə ki, Çində Apple satışları ötən rübdə 8% artıb.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu