Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
95001
az

Bu evlərdə yaşamaq təhlükəlidir - AÇIQLAMA

12:2908 Sentyabr, 2023
76
  • A

Bu gün "makler" evləri kimi tanınan ucuz qiymətə həyət evləri mövcuddur və bir çox hallarda insanlar ucuz qiymətinə aldanaraq, həmin evlərdən alırlar, lakin təhlükəli olduğunun fərqinə varmırlar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu gün Bakıda "makler" evləri kimi tipik, ümumi keyfiyyət standartlarına cavab verməyən evlər mövcuddur.

"Bu evlər kütləvi şəkildə Bakının müxtəlif ərazilərində inşa olunub. Bu evləri inşa edən şəxslər çalışırlar ki, istifadə etdikləri maliyyə vəsaitlərinin həcmini azaltsınlar. Bu isə, təbii ki, keyfiyyətə mənfi təsir göstərir.

Yəni misal üçün evin kənarları iki daşdan ibarət olmalıdırsa, onu bir daşdan inşa edirlər, kürsü bir metr olmalıdırsa, onu 30-40 santimetr edirlər və yaxud arakəsmə dirəklərinin ölçülərini az edirlər. Bu da həmin evlərin keyfiyyətinə mənfi təsir etməklə, onları yaşamaq üçün təhlükəli edir, zəlzələyə davamlılığını azaldır", - deyə eskpert bildirib.

R.Osmanlı vurğulayıb ki, ucuz evlər alan zaman mütləq şəkildə onun keyfiyyətlə tikilib-tikilməməsinə diqqət yetirilməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi
Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edildi
Ən təhlükəli yay ayaqqabıları

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO