Dünən Yasamal rayonunda baş verən zəncivari qəzada eyni anda 10-a yaxın avtomobilə ciddi ziyan dəyib. Hadisəyə sürücülərdən birinin avtomobilini yüksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.
Ümumilikdə isə qəzada avtomobillərə dəymiş zərərin 10 min manatdan artıq olması ehtimal edilir. Bu hadisə bir daha zəncirvari qəzalarda sığorta ödənişlərinin hansı qaydada edilməli olduğunu gündəmə gətirib.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, sığorta eksperti Vüsal Bədəlov deyir ki, Bakı tıxaclar şəhəri olduğu üçün belə hadisələr tez-tez olur. Xüsusilə bu kimi hadisələrdə sığorta ödənişləri zamanı ciddi narazılıqlar yaranır. Çünkü belə hadisələrdə zərər vuranın sığorta şirkəti maksimum 5 min manatlıq maddi ziyanı qarşılayır.
Ətraflı
Ad - 00:30
Ekspertin sözlərinə görə, əslində sürücülərin az bir məbləğ ödəməklə öz məsuliyyət sığortalarının məbləğini artırmaq imkanları var. Yəni sürücülər icbari avtosığorta ödənişindən əlavə təxminən 20-40 manat əlavə ödəməklə 5 min deyil, əlavə 10 min manata qədər təminat ala bilərlər.
Ekspert deyir ki, əgər şəxsin əlavə məsuliyyət sığortası yoxdursa, bu zaman o, zərərçəkmişlər tərəfindən məhkəməyə verilə bilər. Nəticədə məhkəmə qaydası ilə dəyən zərər həmin şəxsin öz hesabına qarşılanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR