Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94830
az

İsveçdə rusiyalının məhkəməsi başlayır

22:0504 Sentyabr, 2023
110
DÜNYA
  • A

Stokholmda ölkəsinin xeyrinə qeyri-qanuni kəşfiyyat fəaliyyəti aparmaqda təqsirləndirilən Rusiya vətəndaşı Sergey Skvortsovun məhkəməsi başlayıb.

Oxu24.com xəbər verir  ki,bu barədə “The Local” məlumat yayıb.

Krallığın prokurorluğunun məlumatına görə, Skvortsovun şirkəti Rusiya hərbi kəşfiyyatı tərəfindən sanksiyalara görə Rusiyaya idxalı qadağan edilən elektron qurğular və müasir texnologiyaların alınması üçün istifadə edilib.

İsveçin nəzarət orqanı hesab edir ki, rus öz hərəkətləri ilə İsveç və ABŞ-ın milli təhlükəsizliyinə “ciddi ziyan vurub”.

Nəşr qeyd edir ki, Skvortsovu 4 ilə qədər həbs cəzası gözləyir.

Bundan əvvəl İsveç prokurorluğu 2022-ci ilin noyabr ayının sonunda Rusiyanın xeyrinə qeyri-qanuni kəşfiyyat fəaliyyətində şübhəli bilinərək saxlanılan şəxsə qarşı ittiham irəli sürmək qərarına gəlib.

Bundan əvvəl Moskvanın Lefortovski Məhkəməsi Spektor adlı xarici vətəndaşı casusluqla bağlı cinayət işi çərçivəsində həbs etdiklərini açıqlamışdı.

Qeyd olunur ki, işin sirri olduğu üçün bu barədə təfərrüatlar açıqlanmayıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Casusluq” maddəsinə əsasən, kişini 10 ildən 20 ilədək həbs cəzası gözləyir.

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tbilisi Saakaşvilinin başlatdığı müharibəyə görə onlardan ÜZR İSTƏYƏCƏK
Əlcəzairin hazırkı prezidenti yeni müddətə yenidən seçilib
Ermənistan kömək üçün Hindistana üz tutdu


Qalmaqallı hakim məhkəmə sistemindən QOVULDU -FOTO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
“Sakit infarktı” necə tanımalı? Onu heç hiss etməmək mümkündürmü?

Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular