Hindistanda bir qrup şəxs cadugərlikdə ittiham etdikləri qadını və dörd övladını yatdıqları yerdə balta ilə öldürüb quyuya atıblar.
Oxu24.com xəbər verir ki, insident Orissa əyalətində baş verib. Dəhşətli cinayət faktı ilə bağlı artıq 6 nəfər saxlanılıb.
Polis rəsmiləri Manqri Munda adlı qadının və övladlarının meyitlərini Sunderqarhın bir kəndindəki quyuda aşkar ediblər. Ehtimala görə insidenti birdən çox şəxs törədib. İttihama görə, cinayətdə əsas şübhəli şəxs Mundanı kənddə başqa bir ailəyə cadu etməkdə günahlandırır.
Gecə saatlarında bir qrup şəxs Mundanın evinə girib və 1, 4, 7, 12 yaşlı övladlarını yatdıqları yerdə balta ilə öldrüblər. Sonra isə meyitləri bir quyuya atıblar. Oxu24.com
ŞƏRHLƏR