Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9477
az

Dil nə zaman qanayır? - Təhlükəli xəstəliklərin əlaməti

23:0730 Yanvar, 2019
1197
TİBB
  • A
 
Dil qanaxması təhlükəsiz kimi görünsə də, əslində narahat olunmalı məqamdır və ciddi müalicə tələb edən patologiyalardan xəbər verə bilər.
 
Oxu24.com  medicina.az-a istinadən bildirir ki, stomatoloqlar dil qanamalarının ən çox rast gəlinən səbəbinin herpes olduğunu deyir.

Bu səbəblər sırasına zədəni - məsələn dilin dişlənməsini də daxil etmək olar. Stomatitin bəzi növləri zamanı xarakterik olaraq ağız boşluğunun müxtəlif hissələrində zədə və infeksiya səbəbindən meydana çıxa bilir. Bəzən isə yaraların əmələ gəlməsi daxili orqanların, məsələn bağırsağın iltihabı ilə əlaqədar ola bilər. Bir qayda olaraq ağızda olan tək yara xəstədə heç bir narahatlıq və təşviş doğurmur.

Ağız boşluğunun kandidozu maya göbələyi infeksiyasının təsirindən yaranır. Adətən dil üzərində ağ rəngli nazik təbəqə kimi meydana çıxır. Asanlıqla yuyulur və xarakterik iyə malik olur. Bu zaman da ağızın selikli qişasında qanayan yaralar əmələ gələ bilər. Göbələk infeksiyası yüngül, orta və ağır olmaqla 3 dərəcəyə ayrılır. Ağır halda  qızdırma verə və xəstənin əlvalı pisləşə bilər.

Herpes - bu virusun təsiri ilə təkcə dodaq və burun kənarları deyil, həmçinin ağızın içi də zədələnə bilər. Herpesin geniş yayılmasına baxmayaraq ağız içi herpesə çox az hallarda rast gəlinir. Xəstələr qida və su qəbul etməkdə çətinlik çəkirlər, qızdırmaları artır, əhval-ruhiyyələri pisləşir. Bəzi hallarda xəstəni xəstəxanaya yatırmaq tələb olunur.

Qan damarlarının anomaliyası - hemangioma. Bu damarların xoşxassəli şişidir, daha çox uşaq yaşlarında meydana gəlir. Bu cür patologiyalar qanaxma, ağrı, qida qəbulunun çətinləşməsi kimi fəsadlara yol aça bilər.  

Xərçəng - bu, az yayılmış xərçəng növlərindəndir. Əlamətlərinə qanaxma, udqunma zamanı ağrı, dildə qalınlaşma, ağız boşluğunun keyiməsi aiddir. Xəstəliyin vaxtında aşkarlanması onun tam maülicəsinin əsas şərtidir.

Buna görə də ağızda qanaxma və sadalanan digər əlamətlər zamanı mütləq stomatoloqa müraciət edərək müayinə olunmaq lazımdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diş əyriliklərini neçə yaşa qədər müalicə etmək mümkündür?
Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib
Skolyoz nədir və necə müalicə olunur?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi