Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94635
az

Harvard məzununa PA-da yüksək vəzifə verildi

15:0001 Sentyabr, 2023
114
  • A

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib.

Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə  Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda “Baker McKenzie CİS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018 – 2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020 – 2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib. 

Araz Poladov 2021-2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.

O, 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentə “Caspian Energy” jurnalı təqdim edildi
Ədliyyə Nazirliyi yanında Dövlət Reyestri Xidməti ləğv edildi
Ən təhlükəli yay ayaqqabıları

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO