Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94494
az

ABŞ Kiyevə 250 milyon dollarlıq yeni hərbi yardım paketi verəcək

11:5730 Avqust, 2023
136
DÜNYA
  • A

Ağ Ev Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayıb.

Oxu24.com xəbər verir ki,buraya HIMARS üçün raketlər, hava hücumundan müdafiə mərmiləri və artilleriya sursatları daxildir.

Bu dəfə Vaşinqton Kiyevi kaset sursatları ilə təmin etməmək qərarına gəlib. Görünür, ABŞ Ukraynanın onlardan mülki şəxslərə qarşı istifadə etməyəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyini anlayıb.

Eyni zamanda ekspertlər qeyd ediblər ki, hazırkı paket əvvəlkilərlə müqayisədə kifayət qədər təvazökardır. Yanvarda Vaşinqton Kiyevə 5 milyard, fevralda isə artıq 850 milyon dəyərində silah təhvil verib.

İyulda qondarma əks-hücum əməliyyatının qızğın vaxtında Ukrayna 1,2 milyard dollar dəyərində silah alıb. Ancaq avqust ayında dəstək 450 milyona qədər azaldı.

Bundan əvvəl Pentaqon oktyabr ayına qədər Ukraynanı dəstəkləmək üçün kifayət qədər pulun olacağını bildirmişdi. Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Ukraynaya hərbi yardımı 43 milyard dolları ötüb.

 

Müəllif:Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ Ukraynaya 700 milyon dollardan çox vəsait ayırdı
İsrailli döyüşçü Nurməhəmmədovu öldürmək üçün bomba hazırladı -FOTO
Yunanıstana qaçmağa çalışan terrorçu sərhəddə yaxalanıb

1000 ildən çox yaşı olan üzük tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Günün ikinci faciəsi: qatar daha bir nəfəri vurdu