Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117815
az

Çin Ukrayna ilə bağlı mövqeyini dəyişmək istəmir

20:5811 Sentyabr, 2024
64
DÜNYA
  • A

Çin Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyi planlaşdırmır və dünyanı “sülh planı”nın mümkünlüyünə inandırmağa davam edəcək.

 

Oxu24.com  xəbər verir  ki, bunu Çinin xarici işlər naziri Van Yi Sankt-Peterburqda Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.


Beləliklə, Vanq Yi bildirib ki, Pekin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün öz baxışını təbliğ etməyə davam edəcək və dünyanın əksər ölkələrini münaqişənin siyasi həlli ilə bağlı təklifini dəstəkləməyə inandırmağa çalışacaq.

“Çin beynəlxalq konsensusa nail olmaq və hərbi əməliyyatların sürətlə dayandırılması üçün lazımi şərait yaratmaq üçün “Ukrayna böhranı” ilə bağlı beynəlxalq ictimaiyyətə tarazlı, obyektiv və rasional baxış bucağı təqdim etmək üzərində işləməyə davam edəcək”, - deyə XİN rəhbəri bildirib. 

 

Onun sözlərinə görə, Çin Ukrayna məsələsində “obyektiv və ədalətli mövqe” tutur və bütün diqqətini “böhran”ın siyasi yolla həllinə yardım etməyə yönəlib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Özbəkistan Prezidenti bu məqsədlə Moskvaya gedir
İsrail Prezidenti İran və Livan xalqlarına ÇAĞIRIŞ ETDİ -"NATO kimi ittifaq yaradaq"
Baş nazir dünyaya çağırış etdi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı