Türkiyənin Van gölünün qəribə xüsusiyyəti hər kəsin marağına səbəb olur. Belə ki, göldə çimən uşaqların saçı qısa müddət ərzində saralır və öz təbii rənginə ancaq qışda qayıdır.
OXU24.COM xəbər verir ki, yerli sakinlər uşaqların saç rənginin saralması üçün bir həftənin kifayət etdiyini bildirirlər.
"Van gölünün suyu həm qazlı, həm də duzludur. Saçlarının təbii şəkildə sarışına boyanmasını istəyənləri Van gölündə salamlayırıq", - deyə yerli sakinlərdən biri bildirib.
Qeyd edək ki, Nemrut dağının vulkan püskürməsi nəticəsində əmələ gələn dünyanın ən böyük qazlı su gölü, həmçinin, minerallarla zəngindir. Həkimlərin sözlərinə görə, Vanın müalicəvi suyu el arasında "yağlı ekzema" kimi tanınan seboreyalı dermatit, psoriaz və göbələk kimi dəri xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.
ŞƏRHLƏR