Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94191
az

Regionlarda peşə təhsilinin əhəmiyyəti təbliğ olunur - FOTOLAR

16:1122 Avqust, 2023
367
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşə təhsilinin təbliği klubu” - regionlarda peşə təhsili müəssisələrinə ekskursiyalarının təşkili layihəsi çərçivəsində tədbirlər başa çatıb.

Təşkilatdan verilən məlumata görə, tədbirlərdə orta məktəblərin müəllim və şagird heyəti, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər aktiv iştirak ediblər.

Tədbir iştirakçıları qarşısında çıxış edən layihə rəhbəri Anar Məhərrəmov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Sosial İqtisadi İnkişafa Dəstək” İB, layihənin məqsədi, vəzifələri, peşə təhsilinin məşğulluğun artırılması və iqtisadiyyatın inkişafındakı rolu, gənclər təşkilatlarının diqqətinin peşə təhsilinin təbliğinə cəlb edilməsinin vacibliyi, regionda peşə təhsilinin təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.

Layihənin ekspertləri, Qəbələ DPTM-nin direktor müavini Reyhan Məmmədova və Təhsilalanlarla iş şöbəsinin baş mütəxəssisi, Karyera mərkəzinin rəhbəri Rufanə Yaralıyeva tərəfindən peşə təhsilinin fəaliyyət istiqamətləri, peşə seçimi və karyera, düzgün peşə seçiminin əhəmiyyəti, peşə təhsilinin prespektivləri, peşə təhsilində təhsil pillələri, peşə təhsil müəssisələrində təhsil müddəti və s. haqqında geniş məlumat verilib.

İştirakçılar layihəyə, tədbirin təşkilinə görə təşəkkür edərək peşə təhsili müəssisələrinə qəbulun yeni başladığı zamanda belə tədbirlərinin əhəmiyyətini vurğulayıblar. Onlar peşə təhsilinin təbliği üzrə tədbirlərin davamlı təşkilinin zəruriliyini diqqətə çatdırdıblar.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində infotur da həyata keçirilib. İştirakçılar emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq mərkəzin ərazisi, Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olub, master-klasslarda iştirak ediblər. Onlar “Aşpaz”, “ Qənnadçı-şirniyyatçı”, “Dülgər”, “Qaynaqçı”, “Dərzi”, “Xalçaçı” və digər ixtisaslar üzrə ətraflı məlumatlar alıblar.

Mərkəzdə həm turizim, həm aqrar, həm də sənayenin digər sahələri üzrə kadrların hazırlanması haqda ətraflı məlumat verildikdən sonra Qəbələ DPTM-nin uğurlu məzunları peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında öz məsləhət və tövsiyyələrini verib və uğur hekayələrini danışıblar.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində tədbirlər 01-10 avqust 2023-cü il tarixilərində həyata keçirilib. Tədbirlərdə Qəbələ rayonunda fəaliyyət göstərən 8 ümumtəhsil məktəbindən 300-dən çox şagird iştirak edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda naməlum şəxslərin sorğu keçirməsi araşdırılır - NAZİRLİK
Bərdədə qidadan zəhərlənən altı azyaşlının son durumu məlum oldu
Şahbuzun dağlıq kəndlərinə leysan və dolu yağır

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu