Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94166
az

Avtomobillərin icbari sığorta QİYMƏTLƏRİ ARTDI - VİDEO

15:4222 Avqust, 2023
238
CƏMİYYƏT
  • A

Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, sığorta eksperti Vüsal Bədəlov deyir ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.

Ekspert bildirib ki, hazırki qiymətlər  sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.

O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.

Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yolda sürət həddi endirildi
Araz çayı üzərindəki körpünün tikintisi nə vaxt tamamlanacaq?
Azərbaycanda xəstəlik tüğyan edir: Qapanmaya gedilir?