Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94009
az

Ağ Ev təsdiqləyir: Təlimlər sonra F-16 təyyarələri  veriləcək

20:1018 Avqust, 2023
84
DÜNYA
  • A

Ağ Ev təsdiq edib ki, ABŞ ukraynalı pilotların təlimləri başa çatdıqdan sonra Ukraynaya F-16 qırıcı təyyarələrinin verilməsinə razılıq verəcək.

 

Oxu24.com Ukrayna mətbuatına istinadən  xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.


Prezident Baydenin müşaviri dövlət katibi Entoni Blinkenin Danimarka və Hollandiyadakı həmkarlarına məktubunun mövcudluğunu təsdiqləyib və məktubda “təlimlərin uğurla başa çatmasından sonra və Konqreslə məsləhətləşmədən sonra” F-16 qırıcılarının çatdırılmasını təsdiqləməyə hazır olduqları bildirilir. 

 

Amerika liderinin Yaponiyada keçirilən G7 sammitində ukraynalıların F-16-da təlim keçəcəyini açıqladığını xatırladan Sallivan, "Bu, prezident Baydenin Xirosimada elan etdiyinin təbii davamıdır",- deyib.

 

O, həmçinin qeyd edib ki, Vaşinqton Kiyevə qırıcı təyyarələr ötürmək niyyətindən əl çəkməyib.

 

Xatırladaq ki, iyulun ortalarında Ukrayna və 11 tərəfdaş ölkə ukraynalı pilotlara F-16 döyüş təyyarələrində təlim keçmək üçün şərtləri müəyyən edən memorandum imzalayıb.

Təlim tədbirlərinin başlanması avqust ayında baş verməli idi, lakin KİV-in məlumatına görə, Avropa ölkələri bu planın bütün təfərrüatları üzrə razılığa gəlmədiyi üçün son təlim planı hələ ABŞ-dan təsdiq almayıb.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bryansk vilayəti üzərində pilotsuz təyyarə məhv edilib
Dəhşətli qətl: azərbaycanlı iş adamı oğlu tərəfindən döyülərək öldürüldü
Xameneinin bu kitabla bağlı dedikləri gülüşlə qarşılandı

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu