Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93999
az

İlk dəfə balıq tutmağa getdi və dünya rekordunu qırdı - FOTO

17:4318 Avqust, 2023
991
DÜNYA
  • A

İlk dəfə balıq tutmağa gedən amerikalı 85,5 kiloqramlıq nəhəng opa tutub və bununla da dünya rekordunu qırıb.

OXU24.COM  bildirir ki, Kaliforniyadan olan Bo Liman dostları ilə okeana balıq tutmağa gedib. Axşama yaxın onların gəmisinin kapitanı sonarın təxminən doqquz metr dərinlikdə balıq sürüsünü göstərdiyini deyib. Liman da "isinmək üçün" tilovu 90 metrə atmağa qərar verib.
Ətraflı

O, tilovu çəkmək istəyəndə nəyə isə ilişdiyini görüb və bunun daş olduğunu düşünüb. Ancaq sonra yanıldığını anlayıb. Çünki, tilovu okeanın dibinə çatacaq qədər uzun deyildi. Liman bunu təcrübəsi çox olan dostlarına deyəndə onlar qarmağa hansısa böyük canlının düşdüyünü bildiriblər.

Liman dərhal tilovu çəkməyə başlayıb. Ancaq balıq özünü azad etməyə çalışdığı üçün o yan-bu yana çabalayıb və Limana çətin anlar yaşadıb. Sonda gəmi kapitanı köməyə gəlib.
Çıxarıldıqdan sonra bunun 85,5 kiloqramlıq nəhəng qırmızı opa olduğu müəyyən edilib. Balığın çəkisi 2014-cü ildə müəyyən edilmiş dünya rekordundan təxminən dörd kiloqram çox olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evə girən ayı görün harada yatdı
Qadın ərini pişiyə görə məhkəməyə verdiö
Dünyanın ən yaşlı çöl quşu yumurtladı

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb