Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93834
az

Almaniya Ukraynaya hər il 5 milyard avro ayıracaq

21:4714 Avqust, 2023
180
  • A

Almaniya hökuməti Ukraynaya illik 5 milyard avro məbləğində hərbi dəstək planlaşdırıb.

 

Oxu24.com xəbər verir  ki,Almaniyanın maliyyə naziri Kristian Lindner bildirib ki, onu 2027-ci ilə qədər təmin etmək planlaşdırılır.

 

Hökumətin qərarı Bundestaq (Almaniya parlamenti) tərəfindən təsdiqlənməlidir.

 

Ukrayna və Almaniya arasında gələcəkdə Ukrayna büdcəsinə yardım imkanlarını genişləndirəcək əməkdaşlıq memorandumu iki ölkənin maliyyə nazirləri - Serqi Marçenko və Kristian Lindner tərəfindən imzalanıb.

 

Bu sənədə əsasən, Almaniya tərəfi Ukraynaya bir neçə sahədə məsləhət dəstəyi verəcək. Xüsusilə, gömrük siyasəti, maliyyə bazarlarının monitorinqi, dövlət investisiyalarının idarə edilməsi və dövlət müəssisələrinin özəlləşdirilməsi sahələrində.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp bütün dövlət qurumlarında bu şöbəni BAĞLADI
Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
İranla Azərbaycan arasında mühüm razılaşmalar əldə olundu