Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93775
az

SON DƏQİQƏ! Baş nazir mühüm qərar imzaladı:Limit ləğv edildi

13:4112 Avqust, 2023
2257
SEÇİLMİŞ
  • A

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi üzrə koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsini tələb edən tibbi xidmətlərin göstərilməsi şərtləri müəyyənləşib.

 

Oxu24.com  xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə imzaladığı qərarda öz əksini tapıb.

 

Qərara əsasən, anadangəlmə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanın yaş həddi 5 (beş) yaş, sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 65 (altımış beş) yaş kimi müəyyən ediləcək. İndiyədək isə sonradan yaranmış ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan sığortaolunanların yaş həddi 40 yaş olub.

Həmçinin yeni qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən koxlear implantasiya və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının illik say məhdudiyyəti aradan qaldırılıb.

İndiyədək həmin əməliyyatların sayı 300 müəyyən edilmişdi.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qumar oyunlarını reklam edən bloqerlərə XƏBƏRDARLIQ
Bakıda BMW sürücüsü yolda
Nazir: Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi