Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93217
az

ABŞ və Hindistan birgə 19-cu hərbi təlim keçirəcək

11:4831 İyul, 2023
143
DÜNYA
  • A
ABŞ və Hindistan Alyaska ştatında sentyabrın 25-dən oktyabrın 8-dək 19-cu hərbi təlim keçirəcək. Oxu24.com xəbər verir ki, məlumatı “News18” telekanalı yayıb. Bildirilib ki, ABŞ təlimdə iştirak edəcək silahlı qüvvələrin heyəti, sayı və digər texniki məsələləri hələ açıqlamayıb. Hindistan tərəfdən isə hərbi təlimdə "Marath" alayının hərbçilərinin iştirak edəcəyi məlumdur. Məlumata görə, BMT-nin mandatına uyğun olaraq təlim cədvəlinə sülhməramlılıq, sülhün mühafizəsi ilə bağlı bütün əməliyyatlar, həmçinin, humanitar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması əməliyyatları da daxil ediləcək. Hər iki ölkənin qoşunları təbii fəlakət zamanı sürətli və koordinasiyalı yardım əməliyyatları keçirməyi məşq edəcək. 2022-ci ildə ABŞ və Hindistan Uttarakhand əyalətinin şimalında, Çinlə sərhəddən yüz kilometr aralıda yerləşən Auli kəndi ərazisində “Yudh Abhyas” hərbi təlimlər keçirib. O zaman təlimdə Hindistan ordusunun "Assam" alayının əsgərləri və ABŞ ordusunun 11-ci hava-desant diviziyasının əsgərləri iştirak ediblər. Həmçinin, ötənilki təlimlərə Hindistan ordusunda xidmətdə olan “Mi-17V5” hərbi-nəqliyyat helikopterləri, pilotsuz uçuş əleyhinə sistemlər və digər müasir silahlar cəlb olunub. İlk “Yudh Abhyas” hərbi təlimi 2002-ci ildə keçirilib. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Rusiyada işsizliyin tarixən aşağı olduğunu açıqlayıb
Qarabağdakı sülhməramlıların komandanı
Türkiyədə üç mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi