Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92648
az

Dnestryanı müxalifətinin  lideri ölü tapılıb

21:3717 İyul, 2023
99
DÜNYA
  • A

Dnestryanı Kommunist Partiyasının lideri, “Dnestryanı Ali Sovet”in keçmiş deputatı Oleq Xorjan Tiraspol yaxınlığındakı Sukleya kəndindəki öz evində ölü tapılıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə iyulun 17-də PMR Daxili İşlər Nazirliyinin mətbuat xidməti Telegram-da məlumat verib.

 

Bildirilir ki, siyasətçinin cəsədini açıq seyfin yanındakı otaqlardan birində Xorzanın həyat yoldaşı tapıb. Seyf boş olub.


Kp.md nəşri yazır ki, siyasətçi bıçaqlanaraq öldürülüb,

Xorzhan 2018-ci ildə dövlət məmuruna qarşı zorakılıq tətbiq etdiyi üçün 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Züqanov Xorjanı müdafiə edib və bildirib ki, o, “yalnız mafiyaya qarşı çıxdığı üçün” həbs olunub.

Xorjan həbsdə olarkən Dnestryanıda “prezident seçkiləri” keçirilirdi. Onları Rusiya ilə yaxınlaşma kursunu dəstəkləyən "PMR"-nin hazırkı rəhbəri Vadim Krasnoselski qazandı.

Kremllə yaxınlaşmağı da müdafiə edən Xorzhan seçkinin nəticələrini tanımamağa çağırıb. O, 2022-ci ilin sonunda həbsdən azad edilib və “respublika parlamentinə” növbəti “seçkilər”də iştirak etmək niyyətində olduğunu bəyan edib.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO Baş katibi Kiyevdə
Jerar Depardye Parisdə saxlanıldı
Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı