Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92647
az

Qazaxıstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri terrorun sponsoru kimi tanınıb

21:4717 İyul, 2023
123
  • A

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin 18 il müddətinə azadlıqdan məhrum edilmiş sabiq sədri Kərim Məsimov terrorizm və ekstremizmin maliyyələşdirilməsində iştirak edən şəxslər siyahısına salınıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə bazar ertəsi, iyulun 17-də Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Bundan başqa, Məsimovun keçmiş müavinləri Anuar Sadıkulov və Daulet Yerqojin də bu siyahıya daxil edilib.


Fiziki şəxsin terrorizmin və ekstremizmin maliyyələşdirilməsi ilə əlaqəli təşkilatların və şəxslərin siyahısına daxil edilməsi üçün əsas Qazaxıstan məhkəməsinin şəxsin ekstremist və (və ya) terrorçuluq törətməkdə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş hökmüdür. 

 

2023-cü il aprelin 24-də Astana məhkəməsi Kərim Məsimovu dövlətə xəyanətdə, hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhddə, səlahiyyət və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilib.

O, əmlakı müsadirə olunmaqla və ömürlük dövlət qulluğunda vəzifə tutma hüququndan məhrum edilməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.

İyun ayında apellyasiya məhkəməsi Kərim Məsimovun həbs müddətini dəyişməyib.

 

Tərcümə: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Avstriyanın keçmiş xarici işlər naziri rus kəndində ev tikir
Sui-qəsdə uğrayan Baş nazirdən gözlənilməz AÇIQLAMA:
Pentaqon ABŞ müdafiə nazirinin qərargah rəisinin tezliklə istefa verəcəyini açıqlayıb

Alimlər zəlzələlərin yeni mexanizmlərini kəşf ediblər

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Suraxanıda narkokuryerlərdə 3 kq narkotik aşkarlandı - VİDEO